Bakı şəhərinin Yasamal rayonunda yeni aşkar edilmiş 31 abidə nümunəsinin dövlət mühafizəsinə götürülməsi məqsədilə hazırlanmış qərar layihəsi müvafiq qurumlarla razılaşdırılaraq təsdiq üçün aidiyyəti üzrə təqdim olunub.
Bu barədə Mədəniyyət Nazirliyi yanında Daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının növbəti iclasında bildirilib.

İclasda 4 şəhər və 15 rayon üzrə 70 yeni aşkar edilmiş nümunənin rəsmi mühafizəyə alınması, eləcə də Naxçıvan Muxtar Respublikasında yerləşən dövlət mühafizəsindəki 10 abidənin məlumatlarına dəyişiklik edilməsi müzakirə olunub.
Xatırladaq ki, 2025-ci ildə dövlət mühafizəsində olan 8, 2026-cı ildə isə 87 abidənin məlumatlarına düzəlişlər həyata keçirilib.
Eyni zamanda, ötən il 51 yeni aşkar edilmiş nümunə daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilib.