Medianews.az
"Barselona" açıqladı:
190 baxış

"Barselona" açıqladı: Onlardan biri klubun prezidenti olacaq

"Barselona"nın prezident postuna seçkilərdə yalnız iki namizəd mübarizə aparacaq.

Publika.az xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb.

Yalnız Xuan Laporta və Víktor Font namizədlik üçün tələb olunan imza sayını toplaya biliblər. Kataloniya klubunda seçkilərdə iştirak üçün minimum hədd 2337 etibarlı imza kimi müəyyən olunub. Hər iki şəxs tələbi yerinə yetirib.

İmzaların yoxlanılması prosesinin nəticələrinə görə, Laporta tərəfindən 8170 imza təqdim olunub ki, bunlardan 7226-ı etibarlı olub. Font isə ondan geri qalır: təqdim olunan imzalar 5144, etibarlı imzalar 4440.

Mark Siria isə tələb olunan həddi keçə bilməyib. O, 2845 imza təqdim etsə də, yoxlama nəticəsində yalnız 2247-si etibarlı sayılıb.

Beləliklə, martın 15-də keçiriləcək seçkilərdə "Barselona"nın prezident postu uğrunda mübarizə Laporta ilə Font arasında olacaq.

Bizə qoşulun