Medianews.az
"Barselona" portuqaliyalı hücumçu ilə
83 baxış

"Barselona" portuqaliyalı hücumçu ilə maraqlanır

PSJ-nin hücumçusu Qonçalo Ramuş yayda komandanı tərk edə bilər.

Medianews.az xəbər verir ki, 24 yaşlı forvardla “Barselona” maraqlanır. Ramuş Paris klubunda qeyri-sabit oyun vaxtından narazıdır və ayrılığı nəzərdən keçirir.

Onun PSJ ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Hücumçu bu mövsüm 41 oyunda 12 qol və 2 assistlə yadda qalıb.//Operativ Media 

Bizə qoşulun