Medianews.az
"Barselona"nın ulduzu ÇSKA-da
116 baxış

"Barselona"nın ulduzu ÇSKA-da çıxış etmək istəmədi

"Liverpul" və Kataloniyanın "Barselona" klubunun sabiq yarımmüdafiəçisi Filippe Koutinyo Moskvanın CSKA klubuna keçməyə isti yanaşmır.

BAKU.WS xəbər verir ki, bu barədə "ESPN Brazil" məlumat yayıb.

Mənbənin məlumatına əsasən, 33 yaşlı futbolçu karyerasını ABŞ-nin MLS liqasında davam etdirmək və ya peşəkar futbolçu karyerasını başa vurmaq variantlarını nəzərdən keçirir.

Koutinyo "CR Vasco da Gama" klubunun yetirməsidir. O, karyerası ərzində "İnter Milan", "Espanyol", "Barselona", "Liverpul", "Bayern" və Qətərin "Əl-Duhail" klublarında çıxış edib.

"İnter"in heyətində braziliyalı futbolçu İtaliya Kuboku və Superkubokunu qazanıb. "Barselona" ilə iki dəfə İspaniya çempionu olub və iki dəfə ölkə kubokunun qalibi adını qazanıb. "Bavariya"nın tərkibində isə Almaniya çempionluğu, Almaniya Kuboku və UEFA Çempionlar Liqasının qalibi olub.

Braziliya millisində 68 oyun keçirən yarımmüdafiəçi 21 qol vurub və Amerika Kubokunun qalibi olub.

Bizə qoşulun