Medianews.az
Baş məşqçidən Mbappeyə
91 baxış

Baş məşqçidən Mbappeyə xüsusi hədiyyə - VİDEO

Fransa millisinin baş məşqçisi Didye Deşam komandanın kapitanı Kilian Mbappeyə millinin heyətində keçirdiyi 100-cü oyunun şərəfinə xüsusi xatirə forması təqdim edib.

Medianews.az xəbər verir ki, hazırda Mbappenin aktivində Fransa yığması ilə çıxdığı 102 matç var.

Mbappe Fransa millisində debütünü 2017-ci ildə, məhz Deşamın rəhbərliyi altında edib. Ötən müddət ərzində vurduğu 62 qol və etdiyi 42 məhsuldar ötürmə ilə o, komandanın əsas simasına çevrilib.

Xatırladaq ki, Kilian Mbappe 2018-ci ildə Fransa millisi ilə Dünya Çempionu olub, 2022-ci ildə isə Qətərdə keçirilən dünya birinciliyinin finalına qədər yüksəlib.

Medianews.az

Bizə qoşulun