Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo DÇ-2026-nın 1/8 final mərhələsində İspaniyaya qarşı keçiriləcək prinsipial qarşılaşma barədə danışıb.
Medianews.az xəbər verir ki, gözlənilən böyük oyun öncəsi fikirlərini bölüşən 41 yaşlı kapitan rəqibin gücünü etiraf edib: "Futboldur, hər şey ola bilər. Bilirik ki, İspaniya bu Dünya Çempionatının əsas favoritlərindən biridir. Çətin oyun olacaq, amma biz hazırıq və rəqibimizi yaxşı tanıyırıq. Dünya çempionatında asan rəqib yoxdur. Məqsədimiz matçdan-matça irəliləmək və hara qədər gedə biləcəyimizi görməkdir."
Xatırladaq ki, 1/16 finalda Portuqaliya Xorvatiyanı (2:1), İspaniya isə Avstriyanı (3:0) üstələyərək növbəti mərhələyə vəsiqə qazanıb.
Medianews.az