Medianews.az
Baş nazir yeni
105 baxış

Baş nazir yeni əmr imzaladı

Nazirlər Kabineti 10 oktyabr 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları), nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatların öhdəlik daşıyan şəxslərə verilməsi Qaydası"nda dəyişiklik edib.

Medianews.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb.

Qərara əsasən, Qaydadan benefisiar mülkiyyətçi (arxasında duran real sahibi) anlayışı çıxarılıb, onun yerinə kommersiya hüquqi şəxslərin təsisçiləri (rəsmi qeydiyyatda olan sahib) anlayışı daxil edilib.

Beləliklə, bundan sonra, maliyyə institutlarına benefisiar mülkiyyətçi barədə deyil, kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları), nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatlar veriləcək.

Bizə qoşulun