Almaniyanın “Bavariya” klubu Avropanın aparıcı beş çempionatında bir mövsümdə vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.
Medianews.az APA-ya istinadla xəbər verir ki, Münhen təmsilçisi Bundesliqanın son turunda “Köln”ü 5:1 hesabı ilə darmadağın edib.
Bununla da komanda mövsüm ərzində vurduğu qolların sayını 122-yə çatdırıb.
Əvvəlki rekord 2011/2012 mövsümündə 121 qol vuran Madrid “Real”ına məxsus idi.