Medianews.az
BDU kollektivinə
67 baxış

BDU kollektivinə ağır itki

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun (ETİ) İnformasiya texnologiyaları və riyazi modelləşdirmə şöbəsinin aparıcı elmi işçisi Həsənbəy Arazov vəfat edib.

Medianews.az bildirir ki, Həsənbəy Arazov 12 iyul 1940-cı ildə Bakı şəhərində anadan olub. 1964-cü ildə BDU-nun Fizika fakültəsini bitirib. 1962-1964-cü illərdə BDU-da böyük laborant, 1961-1981-ci illərdə AMEA-da və Şamaxı Astrofizika Rəsədxanasında kiçik elmi işçi, böyük elmi işçi, 1981-1984-cü illərdə Təbii Ehtiyatların Kosmik Müşahidəsi İnstitutunda, 1984-1991-ci illərdə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasında böyük elmi işçi vəzifələrində işləyib.

O, 1988-2020-ci illərdə BDU-nun Tətbiqi Riyaziyyat ETİ-nin Riyazi modelləşdirmə və avtomatlaşdirilmiş sistemlər şöbəsinin müdiri vəzifəsində çalışıb. 2020-ci ildən isə Tətbiqi Riyaziyyat ETİ-nin İnformasiya texnologiyaları və riyazi modelləşdirmə şöbəsinin aparıcı elmi işçisi idi.

Həsənbəy Arazov “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif edilib.

 

BDU rəhbərliyi və kollektivi Həsənbəy Arazovun vəfatından kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.(Oxu24.com)

Allah rəhmət eləsin!

 

Bizə qoşulun