Medianews.az
“Ağıllı davransalar, onları firavan gələcək gözləyir”
62 baxış

“Ağıllı davransalar, onları firavan gələcək gözləyir” - Tramp

ABŞ Prezidenti Donald Tramp İsrailin onu İranla müharibəyə təşviq etməsi barədə xəbərləri təkzib edib.

Medianews.az xəbər verir ki, Amerika lideri bu barədə “Truth Social” hesabında paylaşım edib.

Tramp qeyd edib ki, İsrail heç vaxt onu belə bir addıma sövq etməyib və bu cür iddialar həqiqəti əks etdirmir.

Prezident bildirib ki, 7 oktyabr hadisələri onun İranla bağlı mövqeyini daha da qətiləşdirib:

“Bu hadisələrin nəticələri İranın heç vaxt nüvə silahına sahib olmamasına dair fikrimi daha da gücləndirdi. Biz buna imkan verə bilmərik”.

Tramp öz çıxışında “feyk” xəbər yayan analitikləri və rəy sorğularını da hədəf alıb. O, 2020-ci il prezident seçkilərini xatırladaraq, hazırkı medianın təqdim etdiyi məlumatların 90%-nin yalan və uydurma olduğunu iddia edib.

ABŞ lideri həmçinin İranın gələcəyi ilə bağlı nikbin proqnozlar verərək, bunu Venesuelada əldə edilən uğurlarla müqayisə edib:

“Medianın danışmaq istəmədiyi Venesuela nəticələri kimi, İranda da nəticələr möhtəşəm olacaq. Əgər İranın yeni liderləri ağıllı davransalar, bu ölkəni firavan bir gələcək gözləyir”.

Qeyd edək ki, ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens başda olmaqla, ABŞ nümayəndə heyəti İranla danışıqların ikinci raundunda iştirak etmək üçün Pakistana yola düşüb.(Qafqazinfo)

Bizə qoşulun