Medianews.az
Rusiya bu ölkəyə uçuşları
61 baxış

Rusiya bu ölkəyə uçuşları bərpa etdi

Rusiya Birləşmiş Ərəb Əmirliklərinə uçuşlar üzrə biletlərin satışının dayandırılması ilə bağlı tövsiyəni ləğv edib və Rusiya aviaşirkətlərinin İranın hava məkanından istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırıb.

Medianews.az xəbər verir ki, bu barədə qərarı “Rosaviasiya” Rusiya Nəqliyyat Nazirliyi və Xarici İşlər Nazirliyinin mövqeyi nəzərə alınmaqla qəbul edib.

Rusiya aviaşirkətləri BƏƏ-yə və BƏƏ-dən uçuşlar üzrə biletlərin satışını bərpa edə, həmçinin İranın aviasiya orqanlarının bütün tövsiyələrinə ciddi əməl etməklə tranzit uçuşları və İran İslam Respublikasının hava limanlarına reyslər həyata keçirə bilərlər.

Qeyd edək ki, Yaxın Şərq münaqişəsi ilə bağlı uçuşlar dayandırılmışdı.(Axar.az)

Bizə qoşulun