Azərbaycanlı kikboksçu Bəhram Rəcəbzadə peşəkar karyerasında növbəti döyüşünə çıxıb.
Medianews.az Trend-ə istinadən bildirir ki, o, Niderlandın Arnhem şəhərində keçirilən "Glory 108" turnirində rumıniyalı döyüşçü Kristian Rista ilə qarşılaşıb.
Döyüş həmiyerlimizin qələbəsi ilə yekunlaşıb. Bəhram Rəcəbzadə rəqibini cəmi 15 saniyəyə yerə sərib.