Medianews.az
“Belə turnirlər təqdirəlayiqdir” –
62 baxış

“Belə turnirlər təqdirəlayiqdir” – Emin Əmrullayev

Minifutbol turnirlərinin keçirilməsi gənclərin idmana marağının artmasında rol oynayır.

Medianews.az “Report”a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev deyib.

O, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında minifutbol turnirində final matçından öncə keçirilən yoldaşlıq oyunu barədə danışıb:

“Maraqlı və gərgin mübarizənin şahidi olduq. Dostluq qalib gəlsin deyə, tərəflər bir-birinə güzəşt edirdilər. Bu cür turnirlər gənclərin idmana marağının artmasında rol oynayır. Müxtəlif peşə sahiblərinin bir araya gəlib belə turnirlərdə mübarizə aparması çox xoş haldır və təqdirəlayiqdir”.

Qeyd edək ki, nazir “Hökumət” komandasının heyətində çıxış edib. Onun komandası “Parlament” kollektivi ilə 6:6 hesablı heç-heçəyə razılaşıb.

Bizə qoşulun