Türkiyədə hazırlanmaqda olan 12-ci Məhkəmə Paketi çərçivəsində gündüz televiziya proqramları ilə bağlı yeni qaydaların tətbiqi nəzərdə tutulur.
Medianews..az xəbər verir ki, Ədliyyə sistemi ilə bağlı dəyişiklikləri özündə birləşdirən paketdə media sektoru ilə əlaqədar diqqətçəkən müddəalar da yer alıb.
Yeni qaydaların əsas məqsədinin gündüz yayımlarına daha sərt nəzarətin təmin edilməsi olduğu bildirilir.
Məlumata görə, hazırlanan çərçivə gündüz proqramlarının məzmununa dair daha aydın qaydaların müəyyənləşdirilməsini hədəfləyir. Xüsusilə bəzi yayımlarda məhkəmə proseslərini xatırladan məzmunların yer alması ilə bağlı narahatlıqların nəzərə alındığı qeyd olunur.
Mənbələrin bildirdiyinə görə, yeni tənzimləmələrlə proqramlarda istifadə olunan dil, təqdimat forması və məzmun strukturu daha ciddi nəzarət altında olacaq.
Hazırda məsələ ilə bağlı işlərin davam etdiyi və yeni qaydaların yaxın dövrdə ictimaiyyətə təqdim olunmasının gözlənildiyi bildirilir.
Medianews..az