Medianews.az
Məşhur hoteldə FACİƏ:
79 baxış

Məşhur hoteldə FACİƏ: 29-cu mərtəbədən yıxılaraq öldü

Hotel Indigo Hong Kong Island hotelində faciəli hadisə baş verib.

Medianews.az xəbər verir ki, Honkonqda 69 yaşlı amerikalı turist lüks hotelin 29-cu mərtəbəsindən yıxılaraq həyatını itirib.

Hadisə zamanı yaranan güclü zərbə nəticəsində hotelin giriş hissəsindəki şüşə panellər qırılıb və ətrafa dağılan şüşə parçaları yeddi nəfərin xəsarət almasına səbəb olub.

Məlumata görə, yaralananlar arasında 74 və 77 yaşlı iki qadın, uşaqlar və 89 yaşlı amerikalı qadın da var. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisənin Honkonqun Van Çay rayonunda yerləşən məşhur hoteldə baş verdiyi bildirilib. “South China Morning Post” nəşrinin məlumatına əsasən, qadın səhər saatlarında hotelin hovuz hissəsinə qalxdıqdan qısa müddət sonra yıxılıb.

Polis mənbələrinin iddiasına görə, həyatını itirən turist depressiyadan müalicə alırmış və mart ayından etibarən dərman qəbulunu dayandırıb. Bildirilib ki, qadının həyat yoldaşı hadisədən təxminən bir saat əvvəl həkim qəbuluna getmək üçün hoteldən çıxıb.

Qeyd edək ki, Hotel Indigo Hong Kong Island şüşə dibli dam hovuzu və xüsusi memarlıq dizaynı ilə tanınır. Hotel 2013-cü ildə “Honkonqda ən yaxşı hotel memarlığı” mükafatına layiq görülüb.

Medianews.az

Bizə qoşulun