Medianews.az
Pini Zahavi Barselonaya gəldi –
130 baxış

Pini Zahavi Barselonaya gəldi – Nə baş verir?

“Barselona”nın baş məşqçisi Hans-Dieter Fliki təmsil edən futbol agenti Pini Zahavi müştərisinin müqaviləsini yeniləmək üçün Kataloniya paytaxtına gəlib.

Bu barədə məlumatı insayder Fabritsio Romano sosial media hesabında paylaşıb.

Mənbənin məlumatına görə, kataloniyalılarla alman məşqçi arasında yeni müqavilə 2028-ci ilin yayına qədər qüvvədə olacaq. Flikin “Barselona” ilə hazırkı müqaviləsi 2027-ci ilin iyun ayının sonunda bitir. Məşqçi komanda ilə 2024-cü ilin yayından işləyir.

İspaniya çempionatının turnir cədvəlinə 34 oyundan 88 xalla “Barselona” başçılıq edir. Onlar ən yaxın rəqibi “Real Madrid”dən 11 xal öndədirlər./publika.az

Bizə qoşulun