Medianews.az
ŞOK GÖRÜNTÜLƏR: Küçədə açıq şəkildə silah satırlar -
86 baxış

ŞOK GÖRÜNTÜLƏR: Küçədə açıq şəkildə silah satırlar - VİDEO

Yəməndə açıq şəkildə silah satışı görüntüləri sosial mediada geniş rezonans doğurub.

Medianews.az xəbər verir ki, yayılan görüntülərdə şəxslərin nəqliyyat vasitələri arasında müxtəlif silahları nümayiş etdirərək satışa çıxardıqları əks olunub.

Kadrlarda silah ticarətinin gündəlik həyatın adi hissəsinə çevrildiyi diqqət çəkib.

Sosial şəbəkələrdə sürətlə yayılan görüntülərdən sonra istifadəçilər ölkədə uzun illərdir davam edən təhlükəsizlik böhranına diqqət çəkiblər. Bir çox şərhdə “Hətta silahların da nəqliyyat vasitələrində satıldığı bir yerdə zorakılığın bitməsi çətindir” fikri səsləndirilib.

Mütəxəssislər bildirirlər ki, Yəməndə vətəndaş müharibəsi, iqtisadi böhran və silahlı qrupların təsiri səbəbindən təhlükəsizlik vəziyyəti illərdir ağır olaraq qalır. Silahların asanlıqla əldə olunması isə ölkədəki münaqişəni daha da dərinləşdirən əsas amillərdən biri hesab olunur.

Qeyd edək ki, Yəmən uzun müddətdir dünyanın ən qeyri-sabit ölkələrindən biri kimi qiymətləndirilir.

Bizə qoşulun