Qəbbi Sverjevski adlı 21 yaşlı qadın bir vərdişə görə az qala barmağını itirəcəkdir.
Medianews.az xəbər verir ki, Qəbbinin hekayəsini “Metropoles” nəşri paylaşıb.
Qız, dırnaqlarını yemək vərdişi səbəbindən barmağında ciddi infeksiya ilə üzləşib.
Qəbbi ilkin mərhələdə antibiotik və məlhəmdən isttifadə edib. Lakin zamanla barmaq qaralaraq şişib. Həkimlər təcili əməliyyat planlayıblar. Çətin vəziyyətə baxmayaraq, qızın barmağı amputasiya edilmədən xilas edilib.
Hadisədən sonra Sverjevski dırnaqlarını yeməyi dayandırıb.
Medianews.az