Yazıçı Seyran Səxavət feysbuk hesabında maraqlı paylaşım edib.
Medianews.az-ın məlumatına görə, Seyran Səxavət yazıb:
“Məni qınamayın, istedadlı adamlar da nefti olan ölkələr kimi həmişə başı bəlalıdır. Ona görə ki, insan yalnız ölümə yaltaqlana bilmir. Bildiniz?!.
Bir də ki: indiki övladlar valideynlərinə bankomat kimi baxırlar.
Həə, insan yalnız ölənə qədər deyil, öləndə də öyrənir - öləndə də ölmək öyrənir.
Ölüm demişkən, xalqın yolunda ölməyə dəyməz, çünki xalq həqiqət deyil - həqiqətin yolunda ölmək lazımdır!
Körpə ölümü yaşlı adamların yuxusu boyda bir şeydir.
O ki qaldı cümlə qurmağa, cümlə qurmaq dövlət qurmaq qədər çətindir!
Bildin?
Ay bildin haaa!..”