Medianews.az
Bolqarıstanda mandat bölgüsü dəqiqləşdi
145 baxış

Bolqarıstanda mandat bölgüsü dəqiqləşdi

Bolqarıstanın yeni seçilmiş parlamentində mandat bölgüsü dəqiqləşib.

Medianews.az bildirir ki, aprelin 19-da keçirilmiş seçkidə Mütərəqqi Bolqarıstan Partiyası 240 nəfərlik qanunverici orqana 131 mandat alaraq hökumət qurmaq hüququ əldə edib. Bu partiyanın başında sabiq prezident Rumen Radev dayanır. 2016 və 2021-ci illərdə prezident seçilmiş Rumen Radev 2026-cı il yanvarın 19-da istefa verib.

Proporsional üsulla (partiya siyahıları üzrə) seçilən parlamentdə GERB Partiyası və Demokratik Qüvvələr İttifaqının 39, Yeniliklərə Davam Partiyası və Demokratik Bolqarıstan Partiyasından ibarət blokun 37, Hüquq və Azadlıq Hərəkatının 21, Dirçəliş Partiyasının 12 mandata sahib çıxdığı xəbər verilir.

Medianews.az

Bizə qoşulun