Medianews.az
Boya fabrikində yanğın:
100 baxış

Boya fabrikində yanğın: 1 ölü, 2 yaralı - VİDEO

Türkiyədə boya fabrikində səhər saatlarında baş verən yanğın faciə ilə nəticələnib.

Medianews.az xəbər verir ki, hadisə Ankaranın Sincan rayonunda baş verib.

Məlumata görə, Alcı Organize Sənaye Bölgəsində fəaliyyət göstərən fabrikin istehsal sahəsində hələ səbəbi bilinməyən yanğın çıxıb. Hadisə yerinə çoxsaylı yanğınsöndürmə briqadaları cəlb olunaraq alov nəzarətə götürülüb və söndürülüb.

Hadisə nəticəsində 1 nəfər ölüb, 2 işçi isə yaralanaraq xəstəxanaya yerləşdirilib.

Rəsmi qurumlar yanğının səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma başladıb. İlkin ehtimala görə, alovun fabrikdəki kimyəvi maddələrin saxlandığı sahəyə keçməsinin qarşısı alınıb.

Hazırda ərazidə soyutma və araşdırma işləri davam etdirilir.

Medianews.az

Bizə qoşulun