Avropanın aparıcı milli futbol çempionatlarında liderlər qrupu qismən yenilənib.
Medianews.az bildirir ki, İngiltərə çempionatında “Arsenal” 61, “Mançester Siti” 56, “Aston Villa” 51, “Çelsi”, “Mançester Yunayted” və “Liverpul” 45 xal yığıb.
İspaniya çempionatında “Barselona” 61, “Real” 60, “Vilyarreal” 51, “Atletiko” 48 xal götürüb.
İtaliya çempionatında “İnter” 64, “Milan” 54, “Napoli” və “Roma” 50, “Yuventus” 46, “Komo” və “Atalanta” 45 xal toplayıb.
Almaniya çempionatında “Bavariya” 60, “Borussiya” (Dortmund) 52, “Hoffenhaym” 46, “Ştutqart” 43, “Leypsiq” 41, “Bayer” 39 xal qazanıb.
Fransa çempionatında PSJ 54, “Lans” 52, “Lion” 45, “Marsel” 40, “Lill” və “Renn” 37 xal əldə edib.