Avropanın aparıcı milli futbol çempionatlarının daha birində qalib müəyyənləşib: İtaliyada “İnter” sona 3 tur qalmış qızıl medalları təmin edib.
Almaniyada “Bavariya” daha erkən çempion olub.
Medianews.az bildirir ki, İngiltərə çempionatında “Arsenal” 76 xalla önə çıxıb. Onu ehtiyatda iki oyunu olan “Mançester Siti” 70 xalla izləyir. “Mançester Yunayted” 64, “Liverpul” və “Aston Villa” 58 xal yığıb.
İspaniya çempionatında “Barselona” 88 xalla liderdir, “Real” 77, “Vilyarreal” 68, “Atletiko” 63 xal götürüb.
Fransa çempionatında PSJ 70 xalla irəlidədir, “Lans” 64, “Lion” 60, “Lill” 58, “Renn” 56 xalladır.