Medianews.az
Böyük Britaniyada terror təhlükəsi səviyyəsi artırılıb
88 baxış

Böyük Britaniyada terror təhlükəsi səviyyəsi artırılıb

Böyük Britaniyada terror təhlükəsi səviyyəsi Londonun şimalındaki Qolders Qrin bölgəsində baş verən bıçaqlanma hadisəsindən sonra “ciddi” səviyyəsinə qaldırılıb.

Bu səviyyə terror hücumunun yüksək dərəcədə mümkün olduğunu ifadə edir. Qərar Birgə Terror Təhlili Mərkəzi tərəfindən elan olunub. Bu qurum Böyük Britaniyanın daxili təhlükəsizlik və əks-kəşfiyyat xidməti olan MI5 daxilində fəaliyyət göstərsə də, təhlükə qiymətləndirmələrini müstəqil şəkildə aparır. Qeyd edək ki, bundan əvvəl terror təhlükəsi səviyyəsi “əhəmiyyətli” idi və bu, hücum ehtimalının mümkün olduğu anlamına gəlirdi.

Daxili işlər naziri Şabana Mahmud bildirib ki, təhlükə səviyyəsinin artırılması mövcud risklərin ciddi olduğunu göstərir. Məlumata görə, Qolders Qrində baş verən hücum zamanı iki yəhudi kişi bıçaqlanıb. Hadisə ilə əlaqədar saxlanılan 45 yaşlı şübhəlinin Essa Süleyman olduğu açıqlanıb./AZƏRTAC 

Bizə qoşulun