Böyük Britaniya Özbəkistan, Qırğızıstan və Tacikistan vətəndaşları üçün işçi vizasının tələblərini yumşaldıb.
Medianews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə BBC-nin Rusiya xidməti məlumat yayıb.
“Böyük Britaniyada Avropadan olmayan əmək miqrantlarına, xüsusilə kənd təsərrüfatı sahəsində kadrlara ehtiyac yaranıb. Son bir neçə ildə mövsümi iş vizaları ilə Mərkəzi Asiyadan Böyük Britaniyaya təxminən on min sakin gəlib”, - nəşr açıqlayıb.
Jurnalistlər Böyük Britaniyada Mərkəzi Asiya regionuna marağın artmasını bununla izah edirlər. Digər səbəb kimi müəlliflər Londonun Mərkəzi Asiyada hasil olunan faydalı qazıntılara böyük maraq göstərməsini vurğulayıblar.
Qeyd edək ki, bu gün, fevralın 26-da Londonda Böyük Britaniya, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Türkmənistanın xarici işlər nazirləri arasında görüş keçiriləcək.