Əgər 2028-ci il hokkey üzrə dünya kubokuna Rusiya milli komandası buraxılarsa, İsveç, Finlandiya və Çexiya yığma komandaları turniri boykot edəcəklər.
Medianews.az xəbər verir ki, turnir 2028-ci ildə Kanada və Çexiyada keçiriləcək.
Praqa və Kalqari qrup mərhələsinin oyunlarına və hərəyə bir pley-off oyununa ev sahibliyi edəcək, yarımfinal və final isə Edmontonda keçiriləcək.
Turnirdə ümumilikdə səkkiz komandanın iştirak etməsi gözlənilir. Rusiya yığmasının iştirak məsələsi hələ dəqiqləşdirilməyib.
Medianews.az