Medianews.az
Bu kənddə iftarda evdə yemək bişirmək qadağandır -
116 baxış

Bu kənddə iftarda evdə yemək bişirmək qadağandır - FOTO

Beş ildir Türkiyənin Nevşehir vilayətinin Əyriquyu kəndində Ramazan ayında evlərdə iftar süfrəsi açılmır.

Medianews.az xəbər verir ki, bu qaydaya indi də əməl olunur.

Fevralın 19-dan Ramazan ayı başlayıb. 

Sakinlər iftarı icma şəklində, ümumi süfrə arxasında toplaşıb açırlar.

Bu ənənə 2020-ci ildə koronovirus pandemiyasından sonra yaranıb.

Hazırda hər gün təxminən 700 nəfərlik iftar yeməyi hazırlanır. Süfrəyə qatıla bilməyən yaşlılara və növbədə olan polis, hərbçi, tibb işçilərinə yeməklər çatdırılır.

Kənd məscidinin imamı İbrahim Aktaş bildirib ki, iftarı birgə açmaq ənənəsi insanlar arasında həmrəyliyi gücləndirir.

Kənd muxtarı (yerli icra hakimiyyəti nümayəndəsi) Nihat Atəş də məqsədlərinin birliyi, bərabərliyi möhkəmləndirmək olduğunu deyib. Onun sözlərinə görə, Ramazan ayında Əyriquyu kəndində evlərdə iftar yeməyi bişirilməsinə icazə verilmir.

Medianews.az

Bizə qoşulun