Medianews.az
Bu meyvəni qəhvə ilə birlikdə qəbul etməyin -
148 baxış

Bu meyvəni qəhvə ilə birlikdə qəbul etməyin - xəbərdarlıq

Həkim-qastroenteroloq Yevgeni Belousov bildirib ki, qreypfrutun qəhvə ilə birlikdə qəbulu orqanizmdə kofeinin xaric olunmasını ləngidə bilər.

Medianews.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, bu hal xüsusilə həssas insanlarda narahatlıq, ürək döyüntüsünün sürətlənməsi, yuxusuzluq, əl titrəməsi və qan təzyiqinin yüksəlməsi kimi əlamətlərə səbəb ola bilər. Risk xüsusilə eyni anda 200 mq-dan çox kofein qəbul edildikdə artır.

Qreypfrutun tərkibindəki maddələrin fermentlərlə qarşılıqlı təsiri 1–3 gün davam edə bilər. Həkimlər bu məhsulların qaraciyər xəstəlikləri, aritmiya və hipertoniya olan şəxslərə birlikdə istifadəsini tövsiyə etmir.

Medianews.az

Bizə qoşulun