Medianews.az
Bu ölkə qaranlığa qərq oldu:
109 baxış

Bu ölkə qaranlığa qərq oldu: enerji böhranı fonunda Trampdan qalmaqallı açıqlama

ABŞ sanksiyaları fonunda dərinləşən enerji böhranı nəticəsində Kubada elektrik şəbəkəsi çöküb, milyonlarla insan işıqsız qalıb.

Medianews.az bildiri ki, ölkədə təxminən 10 milyon əahlinin elektrik enerjisiz qaldığı bildirilir.

Məlumata görə, nasazlıq enerji sistemindəki problemlərlə bağlı olsa da, əsas səbəblərdən biri yanacaq çatışmazlığı və uzunmüddətli iqtisadi çətinliklərdir. Elektrik təchizatının bərpası mərhələli şəkildə həyata keçirilir, lakin prosesin vaxt aparacağı qeyd olunub.

ABŞ-nin tətbiq etdiyi neft məhdudiyyətləri böhranı daha da ağırlaşdırıb. Yanacaq tədarükünün azalması nəticəsində ölkənin köhnə enerji infrastrukturu faktiki olaraq iflic vəziyyətinə düşüb.

Bu fonda ABŞ prezidenti Donald Trampın açıqlamaları diqqət çəkib. O, Kubanı “zəif dövlət” adlandıraraq ölkə ilə bağlı “istədiyini edə biləcəyini” və onu “ələ keçirməyin şərəfinin özünə aid ola biləcəyini” bildirib

Elektrik kəsintiləri və ərzaq qıtlığı ölkədə etirazlara səbəb olub. Bəzi bölgələrdə aksiyalar zamanı zorakılıq halları qeydə alınıb, gündəlik həyat isə ciddi şəkildə pozulub.

Ekspertlər xəbərdarlıq edir ki, enerji böhranı təkcə elektriklə məhdudlaşmır, həm də səhiyyə, nəqliyyat və iqtisadiyyatın digər sahələrinə ciddi təsir göstərir. Mövcud vəziyyət Kubanın gələcəyi ilə bağlı qeyri-müəyyənliyi daha da artırır.

Medianews.az

Bizə qoşulun