Medianews.az
Bu ölkədən miqrantlara qarşı
91 baxış
Yüklə

Bu ölkədən miqrantlara qarşı SƏRT QƏRAR

İsveç dövləti sığınacaq tələb edən şəxslər üçün daimi yaşayış hüququnu ləğv etmək niyyətindədir.

Bu barədə TASS agentliyi xəbər paylaşıb.

Məlumata əsasən, hökumət nümayəndəliyi rəsmi açıqlamasında qeyd edib ki, bundan sonra miqrantlara yalnız müvəqqəti yaşayış icazələri veriləcək.

Yeni qanun layihəsi artıq aidiyyəti qurumlara göndərilib. Rəsmi bəyanatda vurğulanır ki, əsas hədəf sığınacaq məqsədli miqrasiyanı stabil səviyyəyə salmaq, cəmiyyətə inteqrasiya prosesini asanlaşdırmaq və sosial təcrid hallarının qarşısını almaqdır.

İndiki dövrdə müvəqqəti yaşayış icazəsi, sadəcə, müdafiəyə ehtiyacı olan şəxslərə təqdim edilir. Lakin müəyyən zaman keçdikdən sonra bəzi miqrantlar - məsələn, ağır vəziyyətdə olanlar və ya məhkəmə qərarlarının icrasına əngəl olan səbəblərə görə ölkədən çıxarıla bilməyən müvəqqəti icazə sahibləri daimi yaşayış hüququ qazana bilirlər.

Hazırlanmış qanun layihəsinin 12 iyul 2026-cı il tarixində qüvvəyə minəcəyi proqnozlaşdırılır./oxu.az

Bizə qoşulun