Medianews.az
Bu ölkənin müdafiə naziri öldürüldü
104 baxış

Bu ölkənin müdafiə naziri öldürüldü

Malinin müdafiə və veteranlarla iş üzrə naziri Sadio Kamara qətlə yetirilib.

Bu barədə "Jeune Afrique" jurnalı məlumat yayıb.

Nəşrin məlumatına görə, nazir aprelin 25-də paytaxt Bamakonun yaxınlığındakı Kati ordu bazasında yerləşən iqamətgahının yaxınlığında partlayıcı maddə ilə dolu yük maşınının partladılması nəticəsində həlak olub. Hələlik bu məlumatla bağlı rəsmi təsdiq yoxdur.

Qeyd edək ki, daha əvvəl ölkə rəsmiləri S.Kamaranın silahlıların hücumu zamanı sağ qaldığını iddia edirdilər./Oxu.Az

Bizə qoşulun