Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
Medianews.az "Report"a istinadən xəbər verir ki, Məhəmməd Hadi küçəsində rayon sakini, 1968-ci il təvəllüdlü Qurban Qasımov bıçaqlanıb.
Yaralı rayon xəstəxanasına çatdırılıb.
Onu bıçaqlamaqda şübhəli bilinən şəxs Fərid Qasımov polis əməkdaşları tərəfindən saxlanılıb. Onların əmioğlu olduqları bildirilir.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bıçaqlanma səbəbilə 1968-ci il təvəllüdlü şəxs Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Ona sol budun ayrı-ayrı hissələrinin, sağ budun aşağı hissələrinin kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilib. Pasiyentə zəruri tibbi yardım göstərilib, müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.