Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.
Medianews.az Publika.az-a istinadən xəbər verir ki, cavab görüşləri çərçivəsində daha 2 qarşılaşma baş tutacaq.
Azarkeşlərin maraqla gözlədiyi oyun Almaniyada keçiriləcək. Bu ölkənin nəhəngi "Bayern" "Real"ı qəbul edəcək. İspaniyadakı ilk matçda 2:1 hesablı qələbə qazanan Münhen təmsilçisi doğma azarkeşləri önündə üstünlüyünü qorumağa çalışacaq. Bu cütün qalibi finala gedən yolda PSJ-yə rəqib olacaq.
Bu funksiyanı "Arsenal" da yerinə yetirməyə çalışacaq. "Sportinq"lə ilk görüşdə 1 qolla qələbə qazanan İngiltərə təmsilçisi doğma meydan amilindən yararlanaraq yarımfinala yüksəlməyə çalışacaq. Bu cütün qalibi isə sözügedən mərhələdə "Atletiko" ilə üz-üzə gələcək.
Qeyd edək ki, hər iki qarşılaşma saat 23:00-da başlayacaq.
UEFA Çempionlar Liqası: 1/4 final, cavab oyunları
15 aprel
23:00 Bayern - Real
23:00 Arsenal - Sportinq