İlkin plana görə, UEFA Çempionlar Liqasının 2026-2027 mövsümünə 84 komanda buraxılır.
Medianews.az bildirir ki, Ukrayna, Macarıstan, Rumıniya, Rusiya, Slovakiya, Sloveniya, Bolqarıstan, Azərbaycan, İrlandiya, Moldova, İslandiya, Bosniya, Ermənistan, Latviya, Kosovo, Finlandiya, Qazaxıstan, Farer adaları, Malta, Şimali İrlandiya, Litva, Estoniya, Albaniya, Monteneqro, Lüksemburq, Uels, Gürcüstan, Şimali Makedoniya, Belarus, Andorra, Cəbəllütariq, San Marino çempionları turnirə birinci mərhələdən başlayacaq.
2022-ci ildən sanksiya altında olan Rusiya yenə mövsümdən kənar qalsa, sxem yenilənəcək.
İkinci mərhələnin çempionlar yolunda Polşa, Danimarka, İsveçrə, İsrail, Kipr, İsveç, Xorvatiya, Serbiya, Ukrayna çempionları, liqalar yolunda Türkiyə, Norveç, Yunanıstan, Avstriya, Şotlandiya və Polşanın gümüş medalçıları olacaq.
Üçüncü mərhələnin liqalar yoluna Fransanın dördüncüsü, Niderlandın bürünc medalçısı, Portuqaliya, Belçika və Çexiyanın gümüş mükafatçıları dəvət alacaq.
Dördüncü mərhələnin çempionlar yolunda Norveç, Yunanıstan, Avstriya, Şotlandiya çempionları yer alacaq.
Birinci mərhələdə ələnənlər Konfrans Liqasına, qalan mərhələlərdə ələnənlər Avropa Liqasına köçəcək.
İngiltərədən 5, İtaliya, İspaniya və Almaniyadan 4, Fransadan 3, Niderlanddan 2, Portuqaliya, Belçika, Çexiya və Türkiyədən 1 komanda liqa mərhələsində start götürəcək.
2025-2026 mövsümünün əmsallar cədvəli əsasında İspaniya, Almaniya və ya Portuqaliyanın liqa mərhələsinə daha bir təmsilçi çıxarmaq imkanı olacaq.
Çempionlar Liqası və Avropa Liqasının 2025-2026 mövsümünün qalibləri də liqa mərhələsinə buraxılır, ancaq həmin komandalar turnirə ölkə çempionatının nəticəsinə görə çıxsa, sxemdə sürüşdürmələr tətbiq ediləcək.
36 komandalıq liqa mərhələsində ilk 8 pilləni tutanlar 1/8 finala, 9-24-cü yerləri tutanlar 1/16 finala vəsiqə alacaq.
1955-ci ildən keçirilən, 1992-ci ilə qədər Çempionlar kuboku adlanmış Çempionlar Liqasında “Real” 15, “Milan” 7, “Bavariya” və “Liverpul” 6, “Barselona” 5, “Ayaks” 4, “İnter” (İtaliya) və “Mançester Yunayted” 3, “Benfika”, “Nottingem Forest”, “Yuventus”, “Portu” və “Çelsi” 2, “Seltik”, “Feyenoord”, “Aston Villa”, “Hamburq”, “Styaua”, PSV, “Srvena Zvezda”, “Marsel”, “Borussiya” (Dortmund), “Mançester Siti” və PSJ 1 titula sahibdir.
Toğrul Əli,
Medianews.az