Medianews.az
Çepa: "Zelenski siyasi səhnədə də oynamağa çalışan bir artistdir"
61 baxış

Çepa: "Zelenski siyasi səhnədə də oynamağa çalışan bir artistdir"

Rusiya Dövlət Dumasının beynəlxalq işlər komitəsi sədrinin birinci müavini Aleksey Çepa Ukrayna prezidenti Volodimir Zelenskinin diplomatik davranışını tənqid edib.

Medianews.az xəbər verir ki, deputatın sözlərinə görə, Zelenskinin son bir ildəki açıqlamaları xüsusilə düşünülməmiş və yersiz olub.

Deputat qeyd edib ki, Ukrayna prezidenti Trampın etibarlılığına şübhəsini açıqlayıb, həmçinin Qərb ölkələrinin liderlərinin təsiri altında qalaraq diplomatik mövqelərdə qarışıqlıq yaşayıb.

Çepa onu “siyasətçi deyil, siyasi səhnədə də oynamağa çalışan bir artist” adlandırıb və bu davranışın gələcəkdə onun üçün risk yaratdığını vurğulayıb.

Medianews.az

Bizə qoşulun