Böyük Britaniyada qadın və azyaşlı qızı çimərlikdəki bataqlığa düşüb.
Medianews.az xəbər verir ki, hadisə Esseks qraflığının Sautend-on-Si şəhərində baş verib.
Qız uşağı çimərlikdə oynayarkən qəfil dizinə qədər quma batıb. Onu xilas etmək istəyən anası da bataqlığa düşərək belinə qədər quma gömülüb.
Ana və qız kömək üçün qışqırmağa başlayıblar. Yaxınlıqdakı əyləncə parkının əməkdaşları və təsadüfən orada olan yük maşını sürücüsü dərhal onların köməyinə çatıb. Onlar kəndirlə əvvəlcə uşağı, sonra isə ananı xilas ediblər.
Hadisə şahidinin sözlərinə görə, qadın çox dərinliyə batıb və vəziyyət ətrafdakı insanlar arasında böyük təşviş yaradıb.
Medianews.az