Medianews.az
Corabda yatmaq -
58 baxış

Corabda yatmaq - Kimə olar, kimə olmaz?

Dermatoloq Eleonora Fedonenko və ortoped Nelya Lobkova, corabda yatmağın bir sıra faydalı təsirlərini açıqlayıblar.

Medianews.az xəbər verir ki, həkimlər, corab geyinərək yuxuya getməyin sürətini artırmağa və dərinin qorunmasına kömək etdiyini izah ediblər.

Fedonenko bildirib ki, corab geymək, ayaqları isitmək və termorequlyasiya dövrünü stimullaşdırmaq üçün faydalıdır. Araşdırmalar göstərir ki, ayaqları isidən insanlar, soyuq ayaqları olanlara nisbətən təxminən 15 dəqiqə daha tez yuxuya gedirlər.

Həkim, yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün pambıq və kaşmir kimi təbii materiallardan hazırlanmış corabları tövsiyə edir.

Ortoped Nelya Lobkova isə corabın dərini kobudluqdan və quruluqdan qorumağa kömək etdiyini əlavə edib, amma şişkinlik və qan dövranı problemləri olanlara bu təcrübəni tövsiyə etməyib.

Medianews.az

 

Bizə qoşulun