“Çuğundur şirəsi yüksək qan təzyiqini dərman içmədən aşağı sala bilər”.
Medianews.az xəbər verir ki, bunu tibb bacısı Tosin Sotubo-Adjayi deyib.
O, yüksək təzyiqli insanlara gündə bir stəkan çuğundur şirəsini qida rasionuna daxil etməyi tövsiyə edib.
Tibb bacısının sözlərinə görə, çuğundur suyunda olan yüksək nitrat tərkibi bəzi qan təzyiqi dərmanları qədər təsirlidir. Eyni maddə kələm və yarpaqlı göyərtilərdə də mövcuddur.
Ekspert qeyd edib ki, bu tədqiqatlar məhdud sayda iştirakçı ilə aparılıb və çuğundur şirəsi dərmanları əvəzləmir. Ona görə də, onu terapiyaya əlavə kimi istifadə etmək və həkimlə məsləhətləşmədən dərmanları dayandırmamaq lazımdır.
Medianews.az