Rusiyalı alim Andrey Tarasov D vitamini çatışmazlığı zamanı yağlı balıq yeməyi tövsiyə edib.
Medianews.az-ın məlumatına görə, bildirilib ki, qışın sonu və yazın əvvəlində orqanizm D vitamini çatışmazlığına daha həssas olur.
Bu isə immun sisteminin zəifləməsinə, virus və bakteriyalara qarşı müdafiənin azalmasına, həmçinin narahatlıq və depressiyaya səbəb ola bilər.
Tarasov qızılbalıq və tuna balığını məsləhət görüb. Mütəxəssis həkim məsləhəti olmadan dərman qəbul etməməyi, əvəzində pəhrizi düzgün qurmağı tövsiyə edir.
Medianews.az