Medianews.az
Daha bir serial sevgisi gerçəyə çevrildi -
84 baxış

Daha bir serial sevgisi gerçəyə çevrildi - FOTO

Türkiyənin Star TV kanalında yayımlanan “Sevdiğim Sensin” serialının aktyorları arasında yeni münasibət iddiası gündəmə gəlib.

Medianews.az xəbər verir ki, serialda sevgili obrazlarını canlandıran Aytaç ŞaşmazHelin Kandemirin real həyatda da eşq yaşadığı iddia olunur.

Məlumata görə, çəkiliş meydançasında başlayan dostluq münasibəti zamanla romantik əlaqəyə çevrilib. Cütlüyün münasibətlərini hələlik gizli saxladığı və diqqət çəkməmək üçün birlikdə ictimai məkanlarda görünməməyə çalışdığı bildirilir.

Helin Kandemirin daha əvvəl verdiyi müsahibədə Aytaç Şaşmaz haqqında səsləndirdiyi “çox gözəl ürəyə sahibdir” fikri də bu yaxınlığın ilk siqnalları kimi qiymətləndirilir.

Digər tərəfdən, aktrisanın Aytaç Şaşmazın ailə üzvlərini, o cümlədən baldızı Hande Ünalı sosial mediada izləməsi də diqqət çəkən məqamlardan biri olub və münasibət iddialarını daha da gücləndirib.

Hazırda tərəflər məsələ ilə bağlı rəsmi açıqlama verməyib, lakin sosial mediada bu iddialar geniş müzakirə olunmağa davam edir.

Medianews.az 

Bizə qoşulun