Medianews.az
Daş uçqunu yük maşınını aşırdı, evləri dağıtdı –
70 baxış

Daş uçqunu yük maşınını aşırdı, evləri dağıtdı – ANBAAN VVİDEO

Çində güclü yağışlar nəticəsində daş uçqunu baş verib. Hadisə zamanı iri daşlar yük maşınını aşırıb və yaxınlıqdakı binalara çırpılıb.

Medianews.az xəbər veirr ki, hadisə Quanqsi-Çjuan Muxtar Rayonu ərazisində, Heçi şəhəri yaxınlığında qeydə alınıb.

Uçqun nəticəsində çoxmərtəbəli binanın birinci mərtəbəsində yerləşən avtomobil təmiri sexində bir neçə maşın da zədələnib.

Rəsmi məlumatlara görə, hadisə nəticəsində iki nəfər xəsarət alıb, onların həyatı üçün təhlükə yoxdur.

Təhlükəli ərazidən 130 nəfər təxliyə edilib.

Medianews.az

Bizə qoşulun