Medianews.az
Dəhşətli hadisə: Dərsə getmək istəməyən yeniyetmə atasını güllələdi
98 baxış

Dəhşətli hadisə: Dərsə getmək istəməyən yeniyetmə atasını güllələdi

ABŞ-ın Luiziana ştatında polis mübahisə zamanı atasına atəş açan 13 yaşlı yeniyetməni həbs edib.

Bu barədə "People" portalı məlumat yayıb.

Nəşr yazır ki, ata oğlunu dərsə gətirib, lakin oğlan qalmaqal yaradaraq avtomobildən düşməkdən imtina edib. Müəllimlər valideyni razı salıblar ki, məktəblini evə geri aparsın. Maşın yerindən tərpənən kimi atəş səsi eşidilib. Avtomobil idarəetməni itirərək qarşıdakı evə çırpılıb. Həmin an salonda beşyaşlı uşaq da olub. Xoşbəxtlikdən uşaq xəsarət almayıb.

Yaralı kişi xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisədən sonra yeniyetmə qəzaya uğramış maşından çıxaraq əlində tapança ilə məktəbin girişinə tərəf yönəlib. Yaxınlıqda olan polis əməkdaşı onu dərhal saxlayıb. Yetkinlik yaşına çatmayan şəxs həbs edilib.

Hadisənin təfərrüatları araşdırılır./bizimmedia

Bizə qoşulun