Moskvada mərc oyunlarının qurbanı olan gəncin intihar cəhdi ölkədə rezonans doğurub.
Medianews.az Publika.az-a istinadən xəbər verir ki, 25 yaşlı gənc bukmeker kontorunda təxminən 200-300 min rubl (4-6 min manat) uduzub.
Məlumata görə, böyük məbləğdə vəsait itirən 25 yaşlı gənc ümidsizliyə qapılaraq kontorun tualetində intihara cəhd edib. Müştərinin uzun müddət görünməməsindən narahat olan kontor əməkdaşları qapını açaraq içəri daxil olublar.
Qeyd olunur ki, əlində bıçaq, qanlar içində tapılan gəncə dərhal ilk tibbi yardım göstərilib.
Hadisə yerinə çağırılan həkim briqadası gənci xəstəxanaya çatdırıb. Hazırda tibbi personal onun həyatını xilas etmək üçün bütün zəruri tədbirləri görür.