Medianews.az
Ət barədə məşhur mif
62 baxış

Ət barədə məşhur mif təkzib edildi

Diyetoloq Nikola Ludlam-Rayn qırmızı ətin sağlamlığa zərəri ilə bağlı yayılan fikirləri təkzib edib.  

Medianews.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, qırmızı ət normada qəbul edildikdə orqanizm üçün faydalı ola bilər. Buna səbəb məhsulun dəmir, eləcə də B qrupu vitaminləri ilə zəngin olmasıdır. O bildirib ki, daha çox təhlükə emal olunmuş ət məhsullarından qaynaqlanır.

Diyetoloq vurğulayıb ki, qırmızı ətdən tam imtina etməyə ehtiyac yoxdur, lakin onu hər gün yeməmək və balanslı qidalanmaya üstünlük vermək lazımdır.

O həmçinin ətin daha sağlam hazırlanma üsullarını seçməyi və rasiona bitki mənşəli qidaları da əlavə etməyi tövsiyə edib.

Medianews.az

Bizə qoşulun