Medianews.az
Diyetoloqdan tövsiyə:
92 baxış

Diyetoloqdan tövsiyə: 2 möcüzəvi MEYVƏ

Diyetoloq Meqqi Bell qan şəkərinin sabit qalması üçün gündəlik rasiona iki sadə meyvənin — alma və portağalın daxil edilməsini tövsiyə edib.

Medianews.az xəbər verir ki, onun sözlərinə görə bu meyvələrdəki lif şəkərin qana sorulmasını ləngidir.

Onlar həmçinin vitaminlər, minerallar və bitki mənşəli bioaktiv maddələrlə zəngindir. Bell vurğulayıb ki, alma və portağal eyni dərəcədə faydalıdır. Əsas məsələ onların necə yeyilməsidir.

Meyvələri zülal və sağlam yağlarla (məsələn, yoqurt və fıstıq yağı ilə) birlikdə qəbul etmək qan şəkərinin sabit qalmasına və kəskin dəyişmələrin qarşısını almağa kömək edir.

Medianews.az

Bizə qoşulun