Medianews.az
Dizlər niyə ağrıyır? -
87 baxış

Dizlər niyə ağrıyır? - Gözlənilməz səbəblər

Ortoped-cərrah Steven Svoboda diz ağrılarının yalnız zədələrlə deyil, həyat tərzi ilə də bağlı ola biləcəyini bildirib.

Medianews.az xəbər verir ki, onun sözlərinə görə, düzgün hazırlıq olmadan intensiv məşqlər oynaqlarda ağrıya səbəb ola bilər.

Həkim qeyd edib ki, artıq çəki diz oynaqlarına əlavə yük yaradır və onların aşınmasını sürətləndirir. Siqaret çəkmək də mənfi təsir göstərir: qan dövranını zəiflədir, toxumaların bərpasını ləngidir və iltihab riskini artırır.

Mütəxəssis vurğulayıb ki, diz ağrısı yaşlanmanın normal hissəsi sayılmamalıdır və belə hallarda həyat tərzinə diqqət yetirmək vacibdir.

Medianews.az

Bizə qoşulun