Medianews.az
Doğum, ölüm, nikah, boşanma... -
129 baxış

Doğum, ölüm, nikah, boşanma... - Yeni və köhnə statistika

Dövlət Statistika Komitəsi 2026-cı il martın 1-nə Azərbaycan əhalisinin sayını 10 milyon 266 min 627 nəfər göstərib.

Hesabata görə, yanvar-fevral aylarında ölkədə 14797 doğulan, 10878 ölüm halı, 5250 nikah, 3376 boşanma qeydə alınıb.

Medianews.az bildirir ki, 2025-ci ilin ilk iki ayına nəzərən doğumda 8,2 faiz, nikahda 31,9 faiz, boşanmada 4,8 faiz azalma, ölümdə 4,8 faiz artım rəsmiləşib.

Hər 1000 nəfərə 8,9 doğum, 6,6 ölüm, 3,2 nikah, 2 boşanma düşdüyü xəbər verilir.

Dövlət müstəqilliyinin bərpa olunduğu 1991-ci ildən başlayaraq rəsmiləşmiş analoji göstəricilər belədir:

Doğum

1991-ci il – 1000 nəfərə 26,6 doğum
1995-ci il – 18,9 doğum
2000-ci il – 14,7 doğum
2005-ci il – 16,9 doğum
2010-cu il – 18,5 doğum
2015-ci il – 17,4 doğum
2020-ci il – 12,7 doğum
2025-ci il – 9,4 doğum

Ölüm

1991 və 2005-ci illər – 1000 nəfərə 6,2 ölüm
1995-ci il – 6,7 ölüm
2000-ci il – 5,9 ölüm
2010-cu il – 6 ölüm
2015-ci il – 5,7 ölüm
2020-ci il – 7,6 ölüm
2025-ci il – 5,8 ölüm

Nikah

1991-ci il – 1000 nəfərə 10,4 nikah
1995-ci il – 5,7 nikah
2000-ci il – 5 nikah
2005-ci il – 8,5 nikah
2010-cu il – 8,9 nikah
2015-ci il – 7,2 nikah
2020-ci il – 3,5 nikah
2025-ci il – 4,7 nikah

Boşanma

1991 və 2020-ci illər – 1000 nəfərə 1,5 boşanma
1995 və 2000-ci illər – 0,7 boşanma
2005-ci il – 1,1 boşanma
2010-cu il – 1 boşanma
2015-ci il – 1,3 boşanma
2025-ci il – 2 boşanma.

Medianews.az

Bizə qoşulun