Medianews.az
Donald Trampa sui-qəsd planları hazırlayan pakistanlı
80 baxış

Donald Trampa sui-qəsd planları hazırlayan pakistanlı SAXLANDI

Bruklindəki federal münsiflər heyəti 47 yaşlı pakistanlı Asif Merçantı ABŞ siyasətçilərinə qarşı sui-qəsdlər planlaşdırmaqda günahkar bilib.

Medianews.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Bildirilib ki, Asif Merçant prezident Donald Tramp da daxil olmaqla, ABŞ-nin yüksəkvəzifəli məmurlarına sui-qəsd, eyni zamanda terror hadisələri planlamaqda ittiham olunur.

Məqalədə bildirilib ki, Asif Merçantı ömürlük həbs cəzası gözləyir.

Xəbərə görə o, İran hökuməti tərəfindən dəstəkləndiyi iddia edilən bir sxem çərçivəsində hərəkət edib. İttiham olunan şəxs 2020-ci ildən bəri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) göstərişi ilə terrorçuların işə cəlb edilməsi, sənədlərin oğurlanması və yüksəkvəzifəli ABŞ rəsmilərinə sui-qəsd etməyi əhatə edən bir planın həyata keçirilməsi ilə məşğul olub.

Sənəddə qeyd olunub ki, onun hədəfində D.Trampdan başqa, sabiq prezident Cozef Bayden və Cənubi Karolina ştatının keçmiş qubernatoru Nikki Heyli də olub.

Merçant Pakistanın Karaçi şəhərində böyüyüb və tez-tez İrana səfər edib. Prokurorlar iddia edirlər ki, o, 3 yanvar 2020-ci ildə Qasım Süleymaninin ABŞ-nin dronu ilə vurulmasından sonra "bacarıqsız casus"a çevrilib.

Bundan başqa iş materiallarında Merçantın sosial mediada paylaşdığı foto kollajlar da var. Həmin şəkillərin birində D.Tramp öz məzarını qazır, digərində kəsilmiş başını tutur. Üçüncüsündə isə Merçant ABŞ prezidentini donuzun yanında təsvir edib.

Şərq Dairəsi üzrə ABŞ prokuroru balaca Cozef Noçella bildirib ki, Merçant geyim biznesindən sui-qəsd planları üçün maskalanma kimi istifadə edib. Prokuror hətta onun iranlı rəhbəri və cinayətkarla ünsiyyət qurarkən geyim əşyalarının adları və parça boyalarından kod sözləri kimi istifadə etdiyini iddia edib.

Qeyd edək ki, pakistanlı vəkillər məsələ ilə bağlı apelyasiya şikayəti veriblər və sonda müsbət nəticə aldıqlarına əmin olduqlarını bildiriblər.// Oxu.az

Donald Trampa sui-qəsd planları hazırlayan pakistanlı saxlanıldı

Bizə qoşulun