Medianews.az
Döymə xərçəng yaradır? -
115 baxış

Döymə xərçəng yaradır? - Açıqlama

Həkimlər döymələrin bəzi xərçəng növləri ilə əlaqəli ola biləcəyi barədə xəbərdarlıq edirlər.

Medianews.az xəbər verir ki, bu haqda ispaniyalı həkim Manuel Viso danışıb. 

Onun sözlərinə görə, döymə vurulduqdan sonra immun sistemi mürəkkəbi bədəndən çıxarır və bu proses uzun müddət davam etdikdə xroniki iltihab yarana bilər.

Mütəxəssis bildirib ki, bəzi ilkin araşdırmalar döymələrlə melanoma və limfoma arasında mümkün əlaqə aşkar edib. Lakin o vurğulayıb ki, bu tədqiqatlar hələ erkən mərhələdədir və qəti nəticə çıxarmaq üçün daha çox araşdırmaya ehtiyac var.

Medianews.az

Bizə qoşulun