Medianews.az
Duma yenilənəcək -
98 baxış

Duma yenilənəcək - İndiki qüvvələr nisbəti

Rusiyanın Mərkəzi Seçki Komissiyası Federal Məclisin (parlamentin) aşağı palatasına – Dövlət Dumasına növbəti seçkini sentyabrın 20-nə təyin edib.

Medianews.az xəbər verir ki, 450 yerlik Dumanın 225 üzvü proporsional sistemlə (partiya siyahıları üzrə), 225 üzvü majoritar sistemlə (dairələr) üzrə seçilir.

Səlahiyyət müddəti beş il olan aşağı palatada hakim Vahid Rusiya Partiyasının 314, Kommunist Partiyasının 56, Ədalətli Rusiya Partiyasının 28, Liberal Demokrat Partiyasının 22, Yeni Adamlar Partiyasının 15 mandatı var.

3 mandat müstəqillərindir, 12 yer boşdur.

Rusiya Konstitusiyasına görə, baş naziri, baş nazirin müavinlərini və federal nazirləri prezidentin təqdimatı ilə Dövlət Duması təyin edir.

Yuxarı palataya – Federasiya Şurasına ölkənin hər subyektindən 2 nəfər və prezidentin təyin etdiyi şəxslər daxildir.

Medianews.az

Bizə qoşulun